Azərbaycan-Belarus işgüzar görüşü keçiriləcək
28-11-2017, 15:50. Разместил: heqiqet
Dekabrın 7-də Belarusun Qrodno şəhərinin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Belarus işgüzar görüşü keçiriləcək.
Belarus nümayəndə heyətinə Qrodno şəhərinin icra komitəsinin sədri Meçislav Qoy rəhbərlik edəcək.
Tədbirə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 7 Belarus şirkətinin qatılacağı gözlənilir.
Вернуться назад