Demo Sayt » iqtisadiyyat » Azərbaycan-Belarus işgüzar görüşü keçiriləcək


Azərbaycan-Belarus işgüzar görüşü keçiriləcək

28-11-2017, 15:50
Çap et
Azərbaycan-Belarus işgüzar görüşü keçiriləcək Azərbaycan-Belarus işgüzar görüşü keçiriləcək.
Dekabrın 7-də Belarusun Qrodno şəhərinin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Belarus işgüzar görüşü keçiriləcək.
Belarus nümayəndə heyətinə Qrodno şəhərinin icra komitəsinin sədri Meçislav Qoy rəhbərlik edəcək.
Tədbirə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 7 Belarus şirkətinin qatılacağı gözlənilir.
Reytinq: