Türkiyəli nazir: Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir
15-02-2016, 10:06. Разместил: heqiqet
Nazir bildirib ki, bu layihənin həyata keçirilməsi sayəsində Asiya ilə Avropa arasında ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizi yalnız Türkiyə ərazisindən deyil, o cümlədən Azərbaycan və Gürcüstan ərazisindən keçəcək.
B.Yıldırım vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu “Mərmərə” layihəsi (Türkiyə) ilə birləşdirildikdən sonra daha böyük əhəmiyyətə malik olacaq və beləliklə, Avropa ilə Asiyanı birləşdirəcək: “Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir və bu dəmir yolu ilə yüklərin daşınmasına 2017-ci ildə başlanılması gözlənilir”.
Nazirin sözlərin görə, Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyə, Azərbaycan və Gürcüstan arasında qonşuluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək və bu ölkələrdə istehsal edilən məhsulların dünya bazarına çıxarılmasına imkan verəcək: “Bütün bunları nəzərə alsaq, BTQ Türkiyə üçün sadəcə bir dəmir yolu kimi deyil, o cümlədən iqtisadi və mədəni baxımdan da mühüm əhəmiyyət kəsb edir”.
Вернуться назад