Türkiyəli nazir: Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir15-02-2016, 10:06
Çap et Nazir bildirib ki, bu layihənin həyata keçirilməsi sayəsində Asiya ilə Avropa arasında ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizi yalnız Türkiyə ərazisindən deyil, o cümlədən Azərbaycan və Gürcüstan ərazisindən keçəcək. B.Yıldırım vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu “Mərmərə” layihəsi (Türkiyə) ilə birləşdirildikdən sonra daha böyük əhəmiyyətə malik olacaq və beləliklə, Avropa ilə Asiyanı birləşdirəcək: “Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir və bu dəmir yolu ilə yüklərin daşınmasına 2017-ci ildə başlanılması gözlənilir”. Nazirin sözlərin görə, Bakı-Tbilisi-Qars dəmir yolu Türkiyə, Azərbaycan və Gürcüstan arasında qonşuluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək və bu ölkələrdə istehsal edilən məhsulların dünya bazarına çıxarılmasına imkan verəcək: “Bütün bunları nəzərə alsaq, BTQ Türkiyə üçün sadəcə bir dəmir yolu kimi deyil, o cümlədən iqtisadi və mədəni baxımdan da mühüm əhəmiyyət kəsb edir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
