Bu gün Bakının üç rayonunda və Qəbələdə qaz təchizatı məhdudlaşdırılacaq
13-05-2016, 09:42. Разместил: heqiqet
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz xətti üzərində RDUK200 markalı qaz tənzimləyicinin quraşdırılması, diametri 150 mm-lik siyirtmənin təmiri, yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 13-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Sabunçu, Ramana qəsəbələrində və Anaşkin adlanan ərazidə, Binəqədi rayonunun 7-8-ci mikrorayonlarında, Nərimanov rayonu ərazisində, eləcə də Qəbələ rayonunda və Vəndam qəsəbəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Вернуться назад