Demo Sayt » iqtisadiyyat » Bu gün Bakının üç rayonunda və Qəbələdə qaz təchizatı məhdudlaşdırılacaq


Bu gün Bakının üç rayonunda və Qəbələdə qaz təchizatı məhdudlaşdırılacaq

13-05-2016, 09:42
Çap et
Bu gün Bakının üç rayonunda və Qəbələdə qaz təchizatı məhdudlaşdırılacaq  Bu gün Bakı şəhəri Sabunçu, Binəqədi, Nərimanov və Qəbələ rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz xətti üzərində RDUK200 markalı qaz tənzimləyicinin quraşdırılması, diametri 150 mm-lik siyirtmənin təmiri, yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə mayın 13-də saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Sabunçu, Ramana qəsəbələrində və Anaşkin adlanan ərazidə, Binəqədi rayonunun 7-8-ci mikrorayonlarında, Nərimanov rayonu ərazisində, eləcə də Qəbələ rayonunda və Vəndam qəsəbəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Reytinq: