Prezident əhalinin təmiz su ilə təminatının yaxşılaşdırılmasına 16 milyon manat ayırıb
24-02-2017, 20:01. Разместил: heqiqet
Sərəncamla Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə 18 rayonun 64 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində (siyahı əlavə olunur) modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 16,0 (on altı) milyon manat ayrılıb.
Вернуться назад