Demo Sayt » iqtisadiyyat » Prezident əhalinin təmiz su ilə təminatının yaxşılaşdırılmasına 16 milyon manat ayırıb


Prezident əhalinin təmiz su ilə təminatının yaxşılaşdırılmasına 16 milyon manat ayırıb

24-02-2017, 20:01
Çap et
Prezident əhalinin təmiz su ilə təminatının yaxşılaşdırılmasına 16 milyon manat ayırıb Azərbaycan prezidenti İlham Əliyev əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə 18 rayonun 64 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində (siyahı əlavə olunur) modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 16,0 (on altı) milyon manat ayrılıb.
Reytinq: