Demo Sayt » siyaset » Prezident futbol çempionatına pul ayırdı


Prezident futbol çempionatına pul ayırdı

23-02-2016, 06:33
Çap et
Prezident futbol çempionatına pul ayırdı Azərbaycan Respublikasının Prezidenti "İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına 2,0 (iki) milyon manat ayrılıb.
Reytinq: