Özünü güllələyən aktrisa danışdı
14-07-2015, 10:22. Разместил: heqiqet
Türkiyə mətbuatının məlumatına görə, sinəsindən və qolundan yaralanan 55 yaşlı aktrisa polisə ifadə verib.
O, “Özümü səhvən vurdum” deyib. 2 güllə yarası alan H.Avcının ifadəsindən sonra hadisədə şübhəli bilinən 26 yaşlı sevgilisi Yasin K. sərbəst buraxılıb.
Qeyd edək ki, aktrisanın özünə atəş açdığı silahın boşanmağa hazırlaşdığı ikinci həyat yoldaşı İbrahim Öztürkə aid olduğu üzə çıxıb.
Harika xəstəxanaya aparıldıqdan sonra sonuncu dəfə aktrisanın yanında olmuş sevgilisi Yasin şübhəli şəxs qismində saxlanılmışdı.
Вернуться назад