Demo Sayt » medeniyyet » Özünü güllələyən aktrisa danışdı


Özünü güllələyən aktrisa danışdı

14-07-2015, 10:22
Çap et
Özünü güllələyən aktrisa danışdı Qaldığı otel otağında silahla özünə atəş açan “Yeşilçam” ulduzu Harika Avcının vəziyyətinin yaxşı olduğu bildirilir.
Türkiyə mətbuatının məlumatına görə, sinəsindən və qolundan yaralanan 55 yaşlı aktrisa polisə ifadə verib.
O, “Özümü səhvən vurdum” deyib. 2 güllə yarası alan H.Avcının ifadəsindən sonra hadisədə şübhəli bilinən 26 yaşlı sevgilisi Yasin K. sərbəst buraxılıb.
Qeyd edək ki, aktrisanın özünə atəş açdığı silahın boşanmağa hazırlaşdığı ikinci həyat yoldaşı İbrahim Öztürkə aid olduğu üzə çıxıb.
Harika xəstəxanaya aparıldıqdan sonra sonuncu dəfə aktrisanın yanında olmuş sevgilisi Yasin şübhəli şəxs qismində saxlanılmışdı.
Reytinq: