Demo Sayt » maraqli » 92 yaşındakı qadın sevgilisi üçün Qocalar evindən qaçdı


92 yaşındakı qadın sevgilisi üçün Qocalar evindən qaçdı

7-07-2015, 10:15
Çap et
92 yaşındakı qadın sevgilisi üçün Qocalar evindən qaçdı Norveçin Eidsoll bölgəsində 92 yaşındakı adın 87 yaşlı sevgilisi ilə tətilə gedə bilmək üçün qaldığı Qocalar evindən qaçıb.
Sputnik The Localin yaydığı xəbərə görə Qocalar evində işləyən yaşlı qadına aid yerimə cihazı
avtoparkda tapıldığı zaman məlum olub ki, qadın qaçıb. Onu axtramağa başlayıblar. Lakin qısa zaman ərzində cütlüyün bir avtomobilə minərək yaşlı kişiyə aid mənzildə bir neçə gün birlikdə zaman keçirmək üçün İsveçin paytaxtı Stokolma getdikləri ortaya çıxıb.
Sevginin yaşı olmur
Qocalar evinin müdiri Janka Holstad açıqlamasında "Bu ürəyə toxunan bir eşq hekayəsidir" deyib.
"Yaşlı qadın qanundan kənar heç bir iş görməyib. Sadəcə Qocalar evindən xəbərsiz getdiyi üçün, ona görə narahat olduq. Sevgilisinin evində 10 gün keçirən yaşlı qadın yaxında Qocalar evinə qayıdacaq".
Reytinq: