Xətai Sənət Mərkəzində növbəti sərgi - “Azərbaycan uşaqların gözü ilə”
16-02-2018, 19:36. Разместил: heqiqet
Sərgi “My Way Development Center” uşaqların inkişaf mərkəzinin rəhbəri, həmyerlimiz Alyona Bədəlovanın təşəbbüsü, Təhsil Nazirliyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Sərginin açılışından öncə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əminə Musayeva çıxış edərək sərginin əhəmiyyətindən söz açıb
Vurğulanıb ki, sərgi “Xalq Cümhuriyyəti İli” çərçivəsində gerçəkləşib. “Bu sərgidə 40 amerikalı, 20 azərbaycanlı balaca rəssamın 60-dan çox rəsm əsəri sərgilənir. Eyni zamanda, sərgidə müxtəlif janrlı sənət əsərləri yer alır. Təqdim edilən sənət əsərləri məna və məzmun baxımdan mükəmməlliyi ilə seçilir”, - deyə mərkəzin direktoru söyləyib.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Balaca rəssamlara diplom və hədiyyələr təqdim olunub.
Вернуться назад