Demo Sayt » medeniyyet » Xətai Sənət Mərkəzində növbəti sərgi - “Azərbaycan uşaqların gözü ilə”


Xətai Sənət Mərkəzində növbəti sərgi - “Azərbaycan uşaqların gözü ilə”

16-02-2018, 19:36
Çap et
Xətai Sənət Mərkəzində növbəti sərgi - “Azərbaycan uşaqların gözü ilə” Bakı Xətai Sənət Mərkəzində “Azərbaycan uşaqların gözü ilə” adlı rəsm sərgisi açılıb.
Sərgi “My Way Development Center” uşaqların inkişaf mərkəzinin rəhbəri, həmyerlimiz Alyona Bədəlovanın təşəbbüsü, Təhsil Nazirliyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.
Sərginin açılışından öncə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əminə Musayeva çıxış edərək sərginin əhəmiyyətindən söz açıb
Vurğulanıb ki, sərgi “Xalq Cümhuriyyəti İli” çərçivəsində gerçəkləşib. “Bu sərgidə 40 amerikalı, 20 azərbaycanlı balaca rəssamın 60-dan çox rəsm əsəri sərgilənir. Eyni zamanda, sərgidə müxtəlif janrlı sənət əsərləri yer alır. Təqdim edilən sənət əsərləri məna və məzmun baxımdan mükəmməlliyi ilə seçilir”, - deyə mərkəzin direktoru söyləyib.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Balaca rəssamlara diplom və hədiyyələr təqdim olunub.

Xətai Sənət Mərkəzində növbəti sərgi - “Azərbaycan uşaqların gözü ilə”Xətai Sənət Mərkəzində növbəti sərgi - “Azərbaycan uşaqların gözü ilə”Xətai Sənət Mərkəzində növbəti sərgi - “Azərbaycan uşaqların gözü ilə”Xətai Sənət Mərkəzində növbəti sərgi - “Azərbaycan uşaqların gözü ilə”Xətai Sənət Mərkəzində növbəti sərgi - “Azərbaycan uşaqların gözü ilə”Xətai Sənət Mərkəzində növbəti sərgi - “Azərbaycan uşaqların gözü ilə”Xətai Sənət Mərkəzində növbəti sərgi - “Azərbaycan uşaqların gözü ilə”
Reytinq: