DataLife Engine > medeniyyet > Milyonçu aktrisaların siyahısı açıqlandı

Milyonçu aktrisaların siyahısı açıqlandı


21-08-2015, 18:34. Разместил: heqiqet "Forbes" bu ilin ən çox gəlir əldə edən aktrisalarının adlarını açıqlayıb.
Amerikanın məşhur aktrisası Cennifer Lourens "Forbes" jurnalına görə dünyanın ən gəlirli aktrisası seçilib.
Milyonçu aktrisaların siyahısı açıqlandı


Son 12 ay ərzində 25 yaşlı aktrisa 52 milyon dollar qazanıb. 2013-cü ildə "Ən yaxşı aktrisa” nominasiyasında "Oskar” və "Qızıl Qlobus” mükafatlarına layiq görülüb.Elə həmin ildə "Forbes” jurnalı onu Ancelina Colidən sonra ən yüksək qonorarlı aktrisası elan edib. Aktrisa bir ildən çoxdur ki, "Dior” moda evinin simasıdır və bütün tədbirlərə bu brendin geyimlərində qatılır. Lourens iki il aktyor Nikolas Holtla görüşüb, cütlük 2013-cü ildə ayrılıb.

Daha bir amerikalı aktrisa Skarlett Yohansson 35,5 milyon dollarlıq gəliri ilə ikinci yerin sahibəsidir.
Milyonçu aktrisaların siyahısı açıqlandı


















"Casus" filminin ulduzu Melissa Makkarti isə 23 milyon dollar qazancı ilə üçüncü yerdə qərarlaşıb.
Milyonçu aktrisaların siyahısı açıqlandı
Вернуться назад