Milyonçu aktrisaların siyahısı açıqlandı21-08-2015, 18:34
Çap et "Forbes" bu ilin ən çox gəlir əldə edən aktrisalarının adlarını açıqlayıb.
Amerikanın məşhur aktrisası Cennifer Lourens "Forbes" jurnalına görə dünyanın ən gəlirli aktrisası seçilib. Son 12 ay ərzində 25 yaşlı aktrisa 52 milyon dollar qazanıb. 2013-cü ildə "Ən yaxşı aktrisa” nominasiyasında "Oskar” və "Qızıl Qlobus” mükafatlarına layiq görülüb.Elə həmin ildə "Forbes” jurnalı onu Ancelina Colidən sonra ən yüksək qonorarlı aktrisası elan edib. Aktrisa bir ildən çoxdur ki, "Dior” moda evinin simasıdır və bütün tədbirlərə bu brendin geyimlərində qatılır. Lourens iki il aktyor Nikolas Holtla görüşüb, cütlük 2013-cü ildə ayrılıb. Daha bir amerikalı aktrisa Skarlett Yohansson 35,5 milyon dollarlıq gəliri ilə ikinci yerin sahibəsidir. "Casus" filminin ulduzu Melissa Makkarti isə 23 milyon dollar qazancı ilə üçüncü yerdə qərarlaşıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
