Demo Sayt » medeniyyet » Ad günündə övladını itirən məşhur aktrisa


Ad günündə övladını itirən məşhur aktrisa

19-08-2015, 13:15
Çap et
Ad günündə övladını itirən məşhur aktrisa O, türk kinosunun ən nadir aktrisalarından biridir. “Yeşilçam”ın ən məşhur aktrisalarından biri olan Adilə Naşit bir çox teatr və filmlərdə rol alıb. Oynadığı rollara görə Adilə “gülən qadın” adını qazansa da tamaşaçılar onu daha çox “Hafizə ana” obrazı ilə tanıyır və sevir.
Adilə Naşit kimdir?
Adilə Naşit 17 iyun 1930-cu ildə İstanbulda dünyaya gəlib. O, uşaq yaşlarından teatra bağlı olub. Çünki atası Naşit Özcan məşhur teatr rejissoru və aktyoru, anası, erməni əsilli Amelya isə teatr aktrisası idi. Naşit bəy əvvəllər Ləman adlı xanımla evli olsa da onların övladı olmurdu. Üstəlik Naşit bəy erməni əsilli aktrisa Amelyanı çox sevirdi.
Bütün bu səbəblər Naşit bəylə Ləman xanımın ayrılığına səbəb olub. Daha sonra Naşit bəy Ameliya xanımla ailə həyatı qurur və zamanla onların iki övladı olur – Adilə adlı qızları və Səlim adlı oğulları. Onların övladları da özləri kimi aktyor olmaq istəyirdi. Naşit bəy oğlunun həkim olmağını arzulasa da o, bunu istəmirdi və aktyorluğa can atırdı.
Ailə bir müddət çox xoşbəxt yaşasa da bu xoşbəxtlik uzun davam etmir. Çünki Naşit bəyin əsəbləri getdikcə gərginləşir və nəticədə teatrdan uzaqlaşır. Ailənin maddi vəziyyəti getdikcə daha da pisləşdiyindən hətta Naşit bəy bir müddət lotoreya reklamının siması olmaq məcburiyyətində qalır. Tanınmış aktyor üçün belə bir işdə çalışmaq qüruruna toxunurdu. Naşit bəy tezliklə o işdən uzaqlaşıb yenidən teatra geri dönür. Amma onun səhhəti getdikcə daha da pisləşir, psixi pozğunluq yaşayan aktyor tamaşada sözləri unudur, özünü idarə edə bilmir, əsməyə başlayır və s. Üç ay “Ruh və əsəb xəstəxanası”nda yatan aktyorun səhhəti getdikcə daha da pisləşir və o, vəfat edir.
Reytinq: