Səhiyyə Nazirliyi Lənkəranda əkizlərin ölümü ilə bağlı araşdırma aparacaq
9-01-2018, 14:00. Разместил: heqiqet
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanın hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb. O, yanvarın 8-də Lənkəran rayon doğum şöbəsinə acılışla gətirilb. Qadının bətinində olan 800-900 qramlıq uşaqlar xaric edilib. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq, bu gün səhər saatlarında uşaqlar tələf olublar:
"Ananın vəziyyəti stabildir. Bu, qadının ikinci hamiləliyi olub. 2016-cı ildə də qadının dünyaya gətirdiyi oğlan uşağı xəstəxanada tələf olmuşdur".
S.Əhmədova qeyd edib ki, hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətlərin Təkmilləşdirilməsi komissiyası tərəfindən araşdırma aparılacaq.
Вернуться назад