Səhiyyə Nazirliyi Lənkəranda əkizlərin ölümü ilə bağlı araşdırma aparacaq9-01-2018, 14:00
Çap et Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, Masallı rayonunun Türkoba kənd sakini, 1991-ci il təvəllüdlü Alidə Tofiq qızı Məmmədovanın hamiləliyinin 7-ci ayında səhhətində problemlər yaranıb. O, yanvarın 8-də Lənkəran rayon doğum şöbəsinə acılışla gətirilb. Qadının bətinində olan 800-900 qramlıq uşaqlar xaric edilib. Aparılan reanimasiyon tədbirlərə baxmayaraq, bu gün səhər saatlarında uşaqlar tələf olublar: "Ananın vəziyyəti stabildir. Bu, qadının ikinci hamiləliyi olub. 2016-cı ildə də qadının dünyaya gətirdiyi oğlan uşağı xəstəxanada tələf olmuşdur". S.Əhmədova qeyd edib ki, hadisə ilə bağlı Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətlərin Təkmilləşdirilməsi komissiyası tərəfindən araşdırma aparılacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
