Azərbaycanda daha bir doğuş faciəsi23-04-2015, 10:51
Çap et ![]() Şəkidə ana ölümü faktı qeydə alınıb. Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qəbələ şəhəri Həzi Aslanov küçəsi, ev 18 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü, Aygün Famil qızı Kərimova aprelin 22-də günorta saatlarında Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyə şöbəsində qeyseriyyə əməliyyatı ilə doğuş keçirib. Doğuşdan sonra Aygün Kərimovanın vəziyyəti qəflətən pisləşib və o, saat 22:30 radələrində ölüb. Hadisə ilə bağlı Şəki RMX-nın doğum şöbəsinin müdiri Ruziyə Hüseynova APA-ya bildirib ki, Aygün Kərimova aprelin 17-də 35 həftəlik hamiləlik, böyrək çatışmazlığı və yüksək arterial təzyiqlə xəstəxanaya daxil olub. Xəstəyə lazımı bütün tibbi yardımlar göstərildikdən sonra əməliyyata qərar verilib. Aprelin 22-də qeyseriyyə əməliyyatı ilə 35 həftəlik qız uşağı götürülüb. Əməliyyatdan 6 saat sonra Aygün Kərimovanın vəziyyətində qəfildən pisləşmə baş verib, müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. Bu A. Kərimovanın ikinci hamiləliyi olub. Bundan əvvəl o, Qəbələ RMX-nın doğum şöbəsində təbii yolla iki əkiz oğlan dünyaya gətirib. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

