Körpələrə günəş kremi çəkməyin – Valideynlərə xəbərdarlıq!
28-07-2015, 16:58. Разместил: heqiqet
Aile.lent.az-ın məlumatına görə, mütəxəssislər allergik təsirləri ola biləcəyi üçün 6 aydan kiçik uşaqlara günəş kremlərini çəkməyi məsləhət görmür. Çünki günəş kremlərinin uşaqlara necə təsir göstərdiyi hələ araşdırılmayıb.
Dəri sadəcə daxili orqanlarımızı qorumur, eyni zamanda D vitamini sintez edir.
Günəş şüalarından qorunmaq üçün 1 yaşından sonra kremlərdən istifadə edə bilərsiniz. Uşaqlar üçün kremlər ən az 30 faktorlu olmalıdır. Bu kremlər ehtiyac olduqda gündə ən az 3-4 dəfə və dənizdən hər çıxdıqda çəkilməlidir. Eyni zamanda papaqlardan, çətirlərdən istifadə önəmlidir. Bundan əlavə uşaqlar saat 10:00 ilə 15:00 arası günəş şüalarından uzaq durmalıdırlar.
Şəhla
Вернуться назад