Körpələrə günəş kremi çəkməyin – Valideynlərə xəbərdarlıq!28-07-2015, 16:58
Çap et Aile.lent.az-ın məlumatına görə, mütəxəssislər allergik təsirləri ola biləcəyi üçün 6 aydan kiçik uşaqlara günəş kremlərini çəkməyi məsləhət görmür. Çünki günəş kremlərinin uşaqlara necə təsir göstərdiyi hələ araşdırılmayıb. Dəri sadəcə daxili orqanlarımızı qorumur, eyni zamanda D vitamini sintez edir. Günəş şüalarından qorunmaq üçün 1 yaşından sonra kremlərdən istifadə edə bilərsiniz. Uşaqlar üçün kremlər ən az 30 faktorlu olmalıdır. Bu kremlər ehtiyac olduqda gündə ən az 3-4 dəfə və dənizdən hər çıxdıqda çəkilməlidir. Eyni zamanda papaqlardan, çətirlərdən istifadə önəmlidir. Bundan əlavə uşaqlar saat 10:00 ilə 15:00 arası günəş şüalarından uzaq durmalıdırlar. Şəhla Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
