Günəş kremi D vitamini çatışmazlığına yol açır?22-07-2015, 12:28
Çap et Türk dermatoloqları hesab edir ki, günəşdən qoruyan krem D vitaminin sintezinə kifayət edəcək qədər günəş şüasının dəriyə keçməsinə icazə verir. İlk növbədə sümük sağlamlığı üçün faydalı olan D vitamini immunitet sisteminin yaxşı çalışması, əzələ, dəri sağlığı və beyin inkişafında da mühüm rol oynayır. Günəşlənməklə gündəlik D vitamini ehtiyacının yüzdə 90-95%-i qarşılaya bilərik. Geri qalan miqdarını isə qida qaynaqlarından alırıq. Yay aylarında əllər, qollar və üzün həftədə 3 gün günorta saatlarında 15-30 dəqiqə günəş işığına məruz qalması gündəlik D vitamini ehtiyacını qarşılayır. Gün ortasında qısa müddət günəş altında qalmaqla da D vitamin sintezi edilə bilər. Günəşdən qoruyan bu kremlər heç bir dəri xərçənginə səbəb olmaz, bayıra çıxmadan yarım saat əvvəldən vurulmalı və bir neçə saatdan bir yenilənməlidir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
