Səhiyyə naziri psixi xidmətin gücləndirilməsi üçün əmr verdi
22-10-2015, 17:47. Разместил: heqiqet
Səhiyyə naziri Oqtay Şirəliyev psixoloqların tibb müəssisələrində fəaliyyəti barədə əmr imzalayıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.L. Bayramova bildirib ki, əmr ölkədə psixi sağlamlıq xidmətinin gücləndirilməsi ilə əlaqədar ixtisaslaşdırılmış tibb müəssisələrinə müraciət edən xəstələrin psixoloji müayinədən keçirilməsi, o cümlədən emosional və davranış problemlərinin aşkar edilməsi, psixoterapevtik üsullar vasitəsi ilə psixi sağlamlığın bərpa olunması və maarifləndirmə yolu ilə psixi pozuntuların qarşısının alınması məqsədilə imzalanıb.
Вернуться назад