Demo Sayt » sehiyye » Səhiyyə naziri psixi xidmətin gücləndirilməsi üçün əmr verdi


Səhiyyə naziri psixi xidmətin gücləndirilməsi üçün əmr verdi

22-10-2015, 17:47
Çap et
Səhiyyə naziri psixi xidmətin gücləndirilməsi üçün əmr verdi Səhiyyə naziri Oqtay Şirəliyev psixoloqların tibb müəssisələrində fəaliyyəti barədə əmr imzalayıb. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.
L. Bayramova bildirib ki, əmr ölkədə psixi sağlamlıq xidmətinin gücləndirilməsi ilə əlaqədar ixtisaslaşdırılmış tibb müəssisələrinə müraciət edən xəstələrin psixoloji müayinədən keçirilməsi, o cümlədən emosional və davranış problemlərinin aşkar edilməsi, psixoterapevtik üsullar vasitəsi ilə psixi sağlamlığın bərpa olunması və maarifləndirmə yolu ilə psixi pozuntuların qarşısının alınması məqsədilə imzalanıb.
Reytinq: