DataLife Engine > sehiyye > 7 saatdan az yatan insanlarda...

7 saatdan az yatan insanlarda...


14-04-2016, 09:35. Разместил: heqiqet 7 saatdan az yatan insanlarda...
Kaliforniya Universiteti (ABŞ) alimləri növbəti araşdırmalar nəticəsində gecə yuxusunun sağlamlıq üçün olduqca vacib olduğunu təsdiq ediblər.
Araşdırmanın müəllifləri aşkar ediblər ki, gecə 5 saat və bundan az yatan insanlar soyuqdəymə xəstəliklərinə 28% çox tutulur. Bundan əlavə bu insanlarda otit, pnevmoniya və qripp xəstəlikləri 80% daha tez-tez inkişaf edir.
UPİ xəbər verir ki, araşdırma zamanı 23 min insan haqqında məlumat analiz olunub.
Alimlərin fikirinə görə gecə yuxusunun optimal müddəti 7 saat təşkil edir. 7 saatdan az yatan insanlarda infeksiyalara qarşı olan həssaslıq artır.
Bunun səbəbi hələ ki məlum olmasa da, alimlərin fikirinə görə yuxunun az olması orqanizmdə infeksiyalarla mübarizə aparan immun sisteminin T-hüceyrələrinin azalmasına gətirib çıxardır.


Вернуться назад