7 saatdan az yatan insanlarda...14-04-2016, 09:35
Çap et Kaliforniya Universiteti (ABŞ) alimləri növbəti araşdırmalar nəticəsində gecə yuxusunun sağlamlıq üçün olduqca vacib olduğunu təsdiq ediblər. Araşdırmanın müəllifləri aşkar ediblər ki, gecə 5 saat və bundan az yatan insanlar soyuqdəymə xəstəliklərinə 28% çox tutulur. Bundan əlavə bu insanlarda otit, pnevmoniya və qripp xəstəlikləri 80% daha tez-tez inkişaf edir. UPİ xəbər verir ki, araşdırma zamanı 23 min insan haqqında məlumat analiz olunub. Alimlərin fikirinə görə gecə yuxusunun optimal müddəti 7 saat təşkil edir. 7 saatdan az yatan insanlarda infeksiyalara qarşı olan həssaslıq artır. Bunun səbəbi hələ ki məlum olmasa da, alimlərin fikirinə görə yuxunun az olması orqanizmdə infeksiyalarla mübarizə aparan immun sisteminin T-hüceyrələrinin azalmasına gətirib çıxardır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
