Yaşıl çay xərçəngi məhv edir26-08-2015, 09:53
Çap et ABŞ-ın Pensilvaniya Universitetinin diyetologiya üzrə dosenti, doktor Coşua Lambert hüceyrə kulturalarına müəyyən miqdarda EGCG antioksidantı yeritməklə, onlar üzərində tədqiqat aparıb. Alim bir sıra müsbət reaksiyalar müşahidə edib: EGCG bədxassəli hüceyrələrdə aktiv oksigen formaları əmələ gətirib. Bu formalar mitoxondriyaları zədələməklə, xərçəng hüceyrələrini məhv edib. EGCG "xərçəngə qarşı məhvedici gücünü" artıq ilk dəfə deyildir ki, nümayiş etdirir. Los-Anceles Biotibbi Tədqiqatlar İnstitutunun alimləri 2014-cü il may ayında bu birləşmənin mədəaltı vəzi xərçənginin hüceyrələrinin inkişafının qarşısını almaq və yavaşıtmaq qabiliyyətini aşkar ediblər. Alimlərin növbəti addımı təcrübə heyvanları üzərində sınaq aparmaq, habelə EGCG-nin qəbulu ilə bağlı əlavə təsirlər riskini istisna etmək olacaq. Eksperiment səmərəli və təhlükəsiz olduğunu təsdiq etsə, ola bilsin ki, elm dünyası xərçəngin bir çox formalarının alternativ üsullarla müalicəsinin işlənib hazırlanmasına bir addım yaxınlaşacaq, minlərlə pasiyentin kimyəvi üsulla müalicənin fəsadlarından yaxa qurtarmasına kömək edəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
