60-dan çox səhiyyə işçisi sertifikasiya imtahanından keçə bilməyib
14-10-2016, 12:44. Разместил: heqiqet
Səhiyyə Nazirliyinin 6, 10, 11 oktyabr tarixində keçirilmiş sertifikasiya imtahanının nəticələri açıqlanıb. İmtahanda ümumilikdə 423 səhiyyə işçisi (tibb bacısı, feldşer, sanitar-feldşer, diş tekniki) iştirak edib. Onlardan 63-ü imtahandan keçə bilməyib.Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.
Вернуться назад