Demo Sayt » sehiyye » 60-dan çox səhiyyə işçisi sertifikasiya imtahanından keçə bilməyib


60-dan çox səhiyyə işçisi sertifikasiya imtahanından keçə bilməyib

14-10-2016, 12:44
Çap et
60-dan çox səhiyyə işçisi sertifikasiya imtahanından keçə bilməyib Səhiyyə Nazirliyinin 6, 10, 11 oktyabr tarixində keçirilmiş sertifikasiya imtahanının nəticələri açıqlanıb. İmtahanda ümumilikdə 423 səhiyyə işçisi (tibb bacısı, feldşer, sanitar-feldşer, diş tekniki) iştirak edib. Onlardan 63-ü imtahandan keçə bilməyib.
Qeyd edək ki, 2016-cı ilin yanvar ayından etibarən sertifikasiya imtahanı bir mərhələdə keçirilir. İmtahanda müsahibə mərhələsi aparılmır. Sertifikasiya imtahanının sualları 2 müxtəlif variantda 60 test və 5 klinik tapşırıq olmaqla, iki hissəyə (test və klinik tapşırıq) bölünür.
Reytinq: