Ötən ay Azərbaycanda 54 nəfər qidadan zəhərlənib, bir uşaq ölüb
9-02-2017, 18:15. Разместил: heqiqet
Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri Nazim Feyzullayev məlumat verib. O bildirib ki, hadisələr nəticəsində 44 nəfər zərər çəkib.
N. Feyzullayevin sözlərinə görə, ötən ay qeydə alınan 5 botulizm hadisəsi nəticəsində 10 nəfər zəhərlənib. Botulizmdən bir nəfər - 6 yaşlı uşaq ölüb: “Ölüm hadisəsi Şəmkir rayonunda qeydə alınıb. Belə ki, ev şəraitində hazırlanan pomidor turşusundan bir ailə zəhərlənib, onlardan 2010-cu il təvəllüdlü Hüseyn Namazov zəhərlənmədən ölüb”.
Вернуться назад