Ötən ay Azərbaycanda 54 nəfər qidadan zəhərlənib, bir uşaq ölüb9-02-2017, 18:15
Çap et Bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri Nazim Feyzullayev məlumat verib. O bildirib ki, hadisələr nəticəsində 44 nəfər zərər çəkib. N. Feyzullayevin sözlərinə görə, ötən ay qeydə alınan 5 botulizm hadisəsi nəticəsində 10 nəfər zəhərlənib. Botulizmdən bir nəfər - 6 yaşlı uşaq ölüb: “Ölüm hadisəsi Şəmkir rayonunda qeydə alınıb. Belə ki, ev şəraitində hazırlanan pomidor turşusundan bir ailə zəhərlənib, onlardan 2010-cu il təvəllüdlü Hüseyn Namazov zəhərlənmədən ölüb”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
