San-Fransisko şəhəri Azərbaycanın Müstəqillik Günü ilə bağlı təbrik bəyannaməsi qəbul edib16-10-2018, 10:26
Çap et Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı və regionda demokratiyanın yayılması və inkişafına önəmli töhfələr verərək böyük nailiyyətlərə imza atdığı vurğulanır. Daha sonra sənəddə San-Fransisko sakinləri və Nəzarətçilər Şurası adından Azərbaycanın Müstəqillik Günü təbrik edilir. ABŞ-ın və Kaliforniyanın ən böyük şəhərlərindən olan San-Fransisko Şimali Kaliforniyanın əsas mədəniyyət, təhsil, maliyyə və iqtisadi mərkəzidir. 900 minə yaxın əhalisi olan şəhər ABŞ-da əhalinin ən sıx məskunlaşdığı ikinci böyük şəhərdir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
