Fuad Axundov: Ermənistanda yaxşı anlayırlar ki, Azərbaycan işğal edilmiş ərazilərini mütləq geri alacaq
14-03-2017, 11:48. Разместил: heqiqet
Bunu "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfransda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov deyib.
F.Axundov qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib: "Müqayisə üçün: faşist Almaniyası SSRİ ərazisinin cəmi 9 faizini işğal etmişdi".
Onun sözlərinə görə, əgər müharibənin əvvəlində Ermənistanda Azərbaycanın bu əraziləri güzəştə gedəcəyinə və onları qaytarmağı tələb etməyəcəyinə inanırdılarsa, bu gün bu mif artıq dağılıb:
"Ermənistanda yaxşı anlayırlar ki, Azərbaycan öz işğal edilmiş ərazilərini mütləq geri alacaq".
PA rəsmisi qeyd edib ki, gbu gün tarixçi-araşdırmaçılar saxta erməni tarixşünaslığı ilə bağlı mövqelərini bildirməlidirlər:
"Serj Sarkisyan dünyada yeganə prezidentdir ki, uğrunda mübarizə apardığı rəsmi tarixşünaslığın məqamlarından xəbərsizdir. O bu barədə Poznerə (rusiyalı jurnalist, teleaparıcı Vladimir Poznes - red.) müsahibəsində danışıb".
F.Xundov bildirib ki, Dağlıq Qarabağdakı insanlar terror qorxusu altındadırlar, lakin bu gün regiondan kənarda yaşayan ermənilər nizamlanma prosesinə fəal cəlb olunurlar.
Вернуться назад