Fuad Axundov: Ermənistanda yaxşı anlayırlar ki, Azərbaycan işğal edilmiş ərazilərini mütləq geri alacaq14-03-2017, 11:48
Çap et Bunu "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfransda Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov deyib. F.Axundov qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib: "Müqayisə üçün: faşist Almaniyası SSRİ ərazisinin cəmi 9 faizini işğal etmişdi". Onun sözlərinə görə, əgər müharibənin əvvəlində Ermənistanda Azərbaycanın bu əraziləri güzəştə gedəcəyinə və onları qaytarmağı tələb etməyəcəyinə inanırdılarsa, bu gün bu mif artıq dağılıb: "Ermənistanda yaxşı anlayırlar ki, Azərbaycan öz işğal edilmiş ərazilərini mütləq geri alacaq". PA rəsmisi qeyd edib ki, gbu gün tarixçi-araşdırmaçılar saxta erməni tarixşünaslığı ilə bağlı mövqelərini bildirməlidirlər: "Serj Sarkisyan dünyada yeganə prezidentdir ki, uğrunda mübarizə apardığı rəsmi tarixşünaslığın məqamlarından xəbərsizdir. O bu barədə Poznerə (rusiyalı jurnalist, teleaparıcı Vladimir Poznes - red.) müsahibəsində danışıb". F.Xundov bildirib ki, Dağlıq Qarabağdakı insanlar terror qorxusu altındadırlar, lakin bu gün regiondan kənarda yaşayan ermənilər nizamlanma prosesinə fəal cəlb olunurlar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
