Medvedev Artur Rəsizadə ilə Bakıya səfərinin hazırlığını müzakirə edib
7-04-2016, 08:53. Разместил: heqiqet
Rusiyanın baş nazırı Dmitri Medvedev Azərbaycanın baş naziri Artur Rəsizadə ilə telefonla Bakıya səfərinin hazırlıqlarını müzakirə edib. Bu barədə Heqiqet.az RIA Novosti-yə istinadən xəbər verir.Rusiya Nazirlər Kabinetinin məlumatında deyilir ki, hökumət başçıları Dmitri Medvedevin aprelin 8-də baş tutacaq Azərbaycana rəsmi səfərinin hazırlıqlarını müzakirə ediblər: "Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı iqtisadiyyat, ticarət, energetika, sənaye, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlıq daxil olmaqla geniş spektrli məsələlərin müzakirəsi planlaşdırılır."
Вернуться назад