Demo Sayt » siyaset » Medvedev Artur Rəsizadə ilə Bakıya səfərinin hazırlığını müzakirə edib


Medvedev Artur Rəsizadə ilə Bakıya səfərinin hazırlığını müzakirə edib

7-04-2016, 08:53
Çap et
Medvedev Artur Rəsizadə ilə Bakıya səfərinin hazırlığını müzakirə edib Rusiyanın baş nazırı Dmitri Medvedev Azərbaycanın baş naziri Artur Rəsizadə ilə telefonla Bakıya səfərinin hazırlıqlarını müzakirə edib. Bu barədə Heqiqet.az RIA Novosti-yə istinadən xəbər verir.
Rusiya Nazirlər Kabinetinin məlumatında deyilir ki, hökumət başçıları Dmitri Medvedevin aprelin 8-də baş tutacaq Azərbaycana rəsmi səfərinin hazırlıqlarını müzakirə ediblər: "Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı iqtisadiyyat, ticarət, energetika, sənaye, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlıq daxil olmaqla geniş spektrli məsələlərin müzakirəsi planlaşdırılır."
Reytinq: