Erməni deputatlar Rusiyanın yalan danışıb-danışmadığını yoxlayacaqlar
20-04-2016, 11:42. Разместил: heqiqet Parlament üzvüləri Gümrü hərbi bazasında yoxlamalar keçirəcəklər.
Yoxlamaları parlamentin müdafiə, milli təhlükəsizlik və daxili işlər komitəsinin üzvləri keçirəcəklər. Məlumata görə, millət vəkillər Rusiyanın Ermənistanla imzaladığı silah müqavilələrinə necə əməl etdiyini gözdən keçirəcəklər. Onlar Rusiyanın müasir silahlarla bağlı müqavilələrə əməl etmədiyindən şübhələnirlər.
“Bununla erməni deputatlar 102-ci Rusiya hərbi bazasının 1994-cü ildə Ermənistan ərazisində yerləşdirilməklə əlaqədar imzalanmış müqavilə ilə öhdəsinə düşən vəzifələri yerinə yetirə bilmək iqtidarında olub-olmamasını dəqiqləşdirmək istəyirlər. Komissiyanın sədri Koryun Naqapetyan müxbirimizlə söhbətində belə bir səfərin planlaşdırıldığını təsdiqləyib, lakin konkret tarix deməyib”, - qəzet yazır.
Cəbhə xəttində baş verən döyüşlər zamanı Ermənistan ordusunun məğlub olması ölkədə böyük etirazlara səbəb olub. Bütün təbəqlərdən olan insanlar məğlubiyyətə görə Ermənistan rəhbərliyini günahlandırdılar.
Ermənistan rəhbərliyi isə arsenallarında müasir silahlarının olmadığını etiraf edib. Bunu hətta prezidentin özü də etiraf edib. Serj Sarkisyan Almaniya səfəri çərçivəsində bildirmişdi ki, rəsmi Bakıdan fərqli olaraq İrəvan 1980-ci illərdə istehsal olunan silahlarla döyüşür: "Azərbaycanın modern silahlara sahib olduğu son 3 gündə özünü göstərdi".
Həmçinin baş nazir Ovik Abramyan Rusiyanı Azərbaycana silah satmamağa çağırıb. “Rusiyanın qarşı tərəfə silah satışını dayandırması yaxşı olardı. Amma bu, Rusiya tərəfinin daxili işidir”, - deyə Abramyan Gümrüdə çıxış edərək deyib.
Həmçinin Ermənistan əhalisi Rusiya rəhbərliyinə Azərbaycana silah satışının dayandırılması ilə bağlı imzatoplama kampaniyası keçirir. Rusiya rəhbərliyinə göndərilən müraciətdə bildirilir ki, Bakıya satdığı silahlar İrəvana qarşı yönəlir. Müraciətdə rəsmi Moskvanın bəyanatları "hiyləgər bəhanələr" adlandırılır.
Ötən gün isə Ermənistan əhalisi Rusiya əleyhinə aksiya keçirib.
Вернуться назад