Demo Sayt » siyaset » Erməni deputatlar Rusiyanın yalan danışıb-danışmadığını yoxlayacaqlar


Erməni deputatlar Rusiyanın yalan danışıb-danışmadığını yoxlayacaqlar

20-04-2016, 11:42
Çap et
Parlament üzvüləri Gümrü hərbi bazasında yoxlamalar keçirəcəklər.
Erməni deputatlar Rusiyanın yalan danışıb-danışmadığını yoxlayacaqlar Ermənistan parlamentinin deputatları Rusiyanın Gümrü şəhərindəki hərbi bazasında yoxlamalar keçirmək istəyir. Bu barədə "Aykakan jamanak" qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.
Yoxlamaları parlamentin müdafiə, milli təhlükəsizlik və daxili işlər komitəsinin üzvləri keçirəcəklər. Məlumata görə, millət vəkillər Rusiyanın Ermənistanla imzaladığı silah müqavilələrinə necə əməl etdiyini gözdən keçirəcəklər. Onlar Rusiyanın müasir silahlarla bağlı müqavilələrə əməl etmədiyindən şübhələnirlər.
“Bununla erməni deputatlar 102-ci Rusiya hərbi bazasının 1994-cü ildə Ermənistan ərazisində yerləşdirilməklə əlaqədar imzalanmış müqavilə ilə öhdəsinə düşən vəzifələri yerinə yetirə bilmək iqtidarında olub-olmamasını dəqiqləşdirmək istəyirlər. Komissiyanın sədri Koryun Naqapetyan müxbirimizlə söhbətində belə bir səfərin planlaşdırıldığını təsdiqləyib, lakin konkret tarix deməyib”, - qəzet yazır.
Cəbhə xəttində baş verən döyüşlər zamanı Ermənistan ordusunun məğlub olması ölkədə böyük etirazlara səbəb olub. Bütün təbəqlərdən olan insanlar məğlubiyyətə görə Ermənistan rəhbərliyini günahlandırdılar.
Erməni deputatlar Rusiyanın yalan danışıb-danışmadığını yoxlayacaqlar
Ermənistan rəhbərliyi isə arsenallarında müasir silahlarının olmadığını etiraf edib. Bunu hətta prezidentin özü də etiraf edib. Serj Sarkisyan Almaniya səfəri çərçivəsində bildirmişdi ki, rəsmi Bakıdan fərqli olaraq İrəvan 1980-ci illərdə istehsal olunan silahlarla döyüşür: "Azərbaycanın modern silahlara sahib olduğu son 3 gündə özünü göstərdi".
Həmçinin baş nazir Ovik Abramyan Rusiyanı Azərbaycana silah satmamağa çağırıb. “Rusiyanın qarşı tərəfə silah satışını dayandırması yaxşı olardı. Amma bu, Rusiya tərəfinin daxili işidir”, - deyə Abramyan Gümrüdə çıxış edərək deyib.
Həmçinin Ermənistan əhalisi Rusiya rəhbərliyinə Azərbaycana silah satışının dayandırılması ilə bağlı imzatoplama kampaniyası keçirir. Rusiya rəhbərliyinə göndərilən müraciətdə bildirilir ki, Bakıya satdığı silahlar İrəvana qarşı yönəlir. Müraciətdə rəsmi Moskvanın bəyanatları "hiyləgər bəhanələr" adlandırılır.
Ötən gün isə Ermənistan əhalisi Rusiya əleyhinə aksiya keçirib.
Reytinq: