Gənclərin mütaliəyə marağı kəskin azalıb
5-05-2017, 19:53. Разместил: heqiqet Fərhad Əsgərov (Ramizoğlu),
Azərbaycan Yazıçılar Birliyinin üzvü
100 nəfərdən çox yeniyetmə və gənclə söhbət əsnasında aydın oldu ki,
onların çoxu müxtəlif əyləncələrlə maraqlanır.
Bir məsələ məni çox narahat edir. Nədənsə son illərdə yeniyetmə və gənclərin əksəriyyətinin mütaliəyə olan marağı kəskin azalıb. Mən şagirdlərlə, gənclərlə çoxlu söhbətlər aparıram. Onların bədii kitaba olan münasibətləri ilə maraqlanıram. Təsəvvürünüzə gətirin, orta məktəbi əla qiymətlərlə bitirən, sonra isə yüksək bal ilə ali məktəbə qəbul olunan və ali məktəbi müvəffəqiyyətlə bitirən gənc deyir ki, mən bu vaxta qədər nə qəzet, nə də bədii kitab oxumuşam. Gənclərin, eləcə də məktəblilərin söhbətlərindən məlum olur ki, onlar kitabxanaya əsasən dərs vəsaitlərinə ehtiyac olduqda müraciət edirlər. Gənclərin əsas maraqlandığı sahə internetdir. İnternetdə onların ən çox müraciət etdiyi sahə isə ya dərsliklər, ya da əyləncədir.
Son illərdə ədəbiyyata gəlmiş bəzi şair və yazıçıların əsərləri də gənclərimiz üçün maraq doğurmalıdır. Bu şair və yazıçılar arasında da öz əsərlərində müəyyən problemləri araşdıran, düşünməyə vadar edən bədii əsər müəllifləri də kifayət qədərdir.
Düzdür, son 10-15 ildə “bədii kitab”lar çox çapdan çıxıb. Bu kitablarda çeirlər və müxtəlif nəsr əsərləri toplanmışdır. Özlərini şair və yaxud yazıçı hesab edənlər çap etdirdikləri bu kitablarında bədii cəhətdən çox zəif olan, oxucuların düşüncəsində heç bir iz qoymayan yazılar verirlər və sonradan da həmin səviyyəsiz kitablarla özlərini müxtəlif idarələrdə reklam edirlər.
Hər halda intellektual səviyyəli gənc müasir ədəbiyyatla da maraqlanmalı, çap olunan kitablar içərisində bədii cəhətdən yüksək səviyyəli, məzmunca daha düşündürücü kitabları özü üçün ayırd etməyi bacarmalıdır.
Вернуться назад