Dənizkənarı Milli Parkda uşaqlar üçün aksiya keçiriləcək
31-05-2018, 10:35. Разместил: heqiqet
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Aparatının Dövlət Bayrağının təbliğı və beynəlxalq əməkdaşlıq şöbəsinin İctimai əlaqələr sektorunun müdiri Anar Həsənovun verdiyi məlumata görə, aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 13:00-dək Dənizkənarı Milli Parkda əyləncə vasitələrindən istifadə edə bilərlər. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu, "Qorxulu Ev”, "Pirat”, ”Möcüzələr dünyası”, "Qüllə” attraksionları, "Mirvari” gəzinti gəmisi azyaşlılara ödənişsiz xidmət göstərəcək.
Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.
Вернуться назад