Dənizkənarı Milli Parkda uşaqlar üçün aksiya keçiriləcək31-05-2018, 10:35
Çap et Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Aparatının Dövlət Bayrağının təbliğı və beynəlxalq əməkdaşlıq şöbəsinin İctimai əlaqələr sektorunun müdiri Anar Həsənovun verdiyi məlumata görə, aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 13:00-dək Dənizkənarı Milli Parkda əyləncə vasitələrindən istifadə edə bilərlər. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu, "Qorxulu Ev”, "Pirat”, ”Möcüzələr dünyası”, "Qüllə” attraksionları, "Mirvari” gəzinti gəmisi azyaşlılara ödənişsiz xidmət göstərəcək. Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
