“Siqaret dəbdir!?” adlı layihə əsasında sərgi keçirilir
4-12-2015, 10:31. Разместил: heqiqet
Sərginin məqsədi gənc xanımlara siqaretin onlara və cəmiyyətə verdiyi zərərləri daha doğru, düzgün çatdırmaqdan ibarətdir. Həmçinin layihə xüsusilə qadınlara siqaretsiz həyat tərzini seçərək zərif və sağlam olmağı sərgidə nümayiş olunan şəkillər vasitəsilə tövsiyyə edir. Layihə iki gün ərzində həmçinin gənc xanımlarla “Siqaret dəbdir!?” mövzusunda diskussiya aparmaqla gözəllik və sağlamlıq barədə anlayışlarını zənginləşdirəcək və onların fikrinin düzgün istiqamətləndirilməsinə kömək edəcəkdir. Layihənin əsas məqsədi gənc xanımların siqaretdən istifadəsini məhdudlaşdırmaqla onları daha sağlam vasitələrdən yararlanaraq düzgün həyat tərzinə cəlb etməkdən və gənclər arasında yayılmış siqaret istifadəçilərinin, bu zərərli vərdişlər nəticəsində qazanılmış QİÇS, Hepatit C və insan orqanizmində yaranan onlarla xəstəliklərin qarşısını almaqdan, eyni zamanda milli-mənəvi dəyərlərimizin qorunmasından ibarətdir.
“Siqaret dəbdir!?” sərgisi 5 gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində nümayiş olunacaqdır.
Вернуться назад