Demo Sayt » sosial » “Siqaret dəbdir!?” adlı layihə əsasında sərgi keçirilir


“Siqaret dəbdir!?” adlı layihə əsasında sərgi keçirilir

4-12-2015, 10:31
Çap et
“Siqaret dəbdir!?” adlı layihə əsasında sərgi keçirilir 2 dekabr 2015-ci il tarixindən “Siqaret dəbdir!?” adlı layihə əsasında Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində sərgi keçirilir. Layihə Fidan Maqsudovanın rəhbərliyi altında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, dəstəyi ilə həyata keçirilir. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yarandığı müddətdən başlayaraq indiyə kimi xeyli sayda sosial yönümlü layihələrlə gənclərin inkişafına dəstək olmuşdur.
Sərginin məqsədi gənc xanımlara siqaretin onlara və cəmiyyətə verdiyi zərərləri daha doğru, düzgün çatdırmaqdan ibarətdir. Həmçinin layihə xüsusilə qadınlara siqaretsiz həyat tərzini seçərək zərif və sağlam olmağı sərgidə nümayiş olunan şəkillər vasitəsilə tövsiyyə edir. Layihə iki gün ərzində həmçinin gənc xanımlarla “Siqaret dəbdir!?” mövzusunda diskussiya aparmaqla gözəllik və sağlamlıq barədə anlayışlarını zənginləşdirəcək və onların fikrinin düzgün istiqamətləndirilməsinə kömək edəcəkdir. Layihənin əsas məqsədi gənc xanımların siqaretdən istifadəsini məhdudlaşdırmaqla onları daha sağlam vasitələrdən yararlanaraq düzgün həyat tərzinə cəlb etməkdən və gənclər arasında yayılmış siqaret istifadəçilərinin, bu zərərli vərdişlər nəticəsində qazanılmış QİÇS, Hepatit C və insan orqanizmində yaranan onlarla xəstəliklərin qarşısını almaqdan, eyni zamanda milli-mənəvi dəyərlərimizin qorunmasından ibarətdir.
“Siqaret dəbdir!?” sərgisi 5 gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində nümayiş olunacaqdır.
“Siqaret dəbdir!?” adlı layihə əsasında sərgi keçirilir“Siqaret dəbdir!?” adlı layihə əsasında sərgi keçirilir“Siqaret dəbdir!?” adlı layihə əsasında sərgi keçirilir
“Siqaret dəbdir!?” adlı layihə əsasında sərgi keçirilir
“Siqaret dəbdir!?” adlı layihə əsasında sərgi keçirilir
Reytinq: