Demo Sayt » sosial » “Siqaret dəbdir!?“


“Siqaret dəbdir!?“

27-11-2015, 11:09
Çap et
“Siqaret dəbdir!?“Siqaretin zərərləri izah edilir, danışılır, yaşanır amma milyonlarla qadın şüurlu və ya şüursuz olaraq siqaret çəkməyə davam edir.
Son illərdəki təsirli kampaniya və tənzimləmələrə baxmayaraq, qadınlar arasında siqaret istifadəsinin artdığı məlum olur. Artıq neçə ildir ki, ətraf mühitə və insan sağlamlığına ciddi problemlər yaradan siqaretin yasaqlanması prosesinə başlanıb. Ümumdünya Səhiyyə Təşkilatının gəldiyi qənaətə görə, dünyada ən çox siqaret çəkən ölkələr sırasında Azərbaycan 32 faizlə 85-ci sıradadır. Azərbaycanda 320 min qadın siqaret çəkir. Təşkilatın hesablamalarına görə, hər il təxminən 5 milyona yaxın adam siqaretdən ölür. Və bu rəqəm ildən-ilə artır.
Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə Bakı şəhərində “Siqaret Dəbdir!?” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində Bakı şəhərinin mərkəzində “siqaret dəbdir?” adlı sərgi nümayiş olundu. Siqaretin zərərlərini təsvir edən sərgi , gənc xanımlara siqaretin onlara və cəmiyyətə verdiyi zərərləri daha doğru, düzgün anladaraq, sağlam siqaretsiz həyat seçərək zərif və sağlam qadın olmağı onlara şəkillərlə çatdırmağa çalışır. Həmçinin gənc xanımlarla iki gün ərzində siqaret dəbdir!? Mövzusunda diskusiya aparıldı bu onların siqaret, gözəllik və sağlamlıq barədə anlayışlarını zənginləşdirərəcək və onların fikirini düzgün istiqamətləndirilməsinə kömək edəcəkdir. Layihənin ideya müəllifi Fidan Maqsudova bildirir ki, layihənin əsas məqsədi gənc xanımların siqaretdən istifadəsini məhdudlaşdıraraq, onları daha sağlam vasitələrdən yararlanaraq sağlam həyat tərzinə cəlb etməkdir. Gənclər arasında yayılmış siqaret istifadəçilərinin , bu zərərli vərdişlər nəticəsində yaranmış Qics, Hepatit C kimi xəstəliklərin qarşısını almaqdır.

Fidan Maqsudova
Reytinq: