Uşaq oğurluğunun azalması üçün valideynlərə 10 MƏSLƏHƏT – MÜTLƏQ OXUYUN
15-01-2016, 11:44. Разместил: heqiqet
− Uşaqlarınıza şübhəli, təhlükəli yerlər haqqında məlumat verin. Kimsəsiz küçələr, inşaat tikililəri və tərk edilmiş yerlərə getməməli olduqlarını öyrədin.
− Uşağınıza tanıdığı şəxs belə olsa, sizin icazəniz olmadan onunla getməməli olduğunu öyrədin.
− Uşaqlarınızı tənbeh edin ki, tanımadığı şəxslərdən yemək, içki, dərman kimi maddələr almaq olmaz.
− Uşağınıza çətin zamanda düşdüyü an qışqıraraq kömək istəyə biləcəyini deyin.
− Uşağınıza adını, soyadını, ailə üzvlərinin ad, soyadını, ünvanını öyrədin. Şəxsiyyət vəsiqəsini yanlarında gəzdirməyi vərdiş etsinlər.
− İnternet və sosial şəbəkələrdə tanımadığı şəxsə şəkil, məktəb və digər şəxsi məlumatlarını göndərməməyi öyrədin.
− Uşaqlarınıza evdə yalnız qaldıqlarında tanımadıqları kimsəyə qapı açmamağı tapşırın.
− Uşaqlarınız parkda və bayırda oyun oynayarkən həmişə izləyin. Gün içində nə etdiklərindən xəbərdar olun. Dostlarının və onların ailələrinin adlarını, telefonunu, ünvanlarını öyrənin.
− Uşaqlarınıza polisləri güvənilə biləcək biri kimi tanıdın və məktəb, xəstəxana, polis şöbəsi, məscid kimi yerlərdən yardım istəyə biləcəyini söyləyin.
− Uşağınızı kiməsə əmanət etməli olduğunuzda həmin insanla mütəmadi əlaqə yaradın.
Fərizə ƏHMƏDOVA
Вернуться назад