Uşaq oğurluğunun azalması üçün valideynlərə 10 MƏSLƏHƏT – MÜTLƏQ OXUYUN15-01-2016, 11:44
Çap et − Uşaqlarınıza şübhəli, təhlükəli yerlər haqqında məlumat verin. Kimsəsiz küçələr, inşaat tikililəri və tərk edilmiş yerlərə getməməli olduqlarını öyrədin. − Uşağınıza tanıdığı şəxs belə olsa, sizin icazəniz olmadan onunla getməməli olduğunu öyrədin. − Uşaqlarınızı tənbeh edin ki, tanımadığı şəxslərdən yemək, içki, dərman kimi maddələr almaq olmaz. − Uşağınıza çətin zamanda düşdüyü an qışqıraraq kömək istəyə biləcəyini deyin. − Uşağınıza adını, soyadını, ailə üzvlərinin ad, soyadını, ünvanını öyrədin. Şəxsiyyət vəsiqəsini yanlarında gəzdirməyi vərdiş etsinlər. − İnternet və sosial şəbəkələrdə tanımadığı şəxsə şəkil, məktəb və digər şəxsi məlumatlarını göndərməməyi öyrədin. − Uşaqlarınıza evdə yalnız qaldıqlarında tanımadıqları kimsəyə qapı açmamağı tapşırın. − Uşaqlarınız parkda və bayırda oyun oynayarkən həmişə izləyin. Gün içində nə etdiklərindən xəbərdar olun. Dostlarının və onların ailələrinin adlarını, telefonunu, ünvanlarını öyrənin. − Uşaqlarınıza polisləri güvənilə biləcək biri kimi tanıdın və məktəb, xəstəxana, polis şöbəsi, məscid kimi yerlərdən yardım istəyə biləcəyini söyləyin. − Uşağınızı kiməsə əmanət etməli olduğunuzda həmin insanla mütəmadi əlaqə yaradın. Fərizə ƏHMƏDOVA Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
