Valideynlər oxusun! Uşağın məktəbə öyrəşməsi üçün 10 ADDIM9-09-2015, 17:37
Çap et Məktəbəqədər dövr uşağın böyümə prosesində ən mühüm dövrdür. Doğulduğumuz gündən 6 yaşına qədər davam edən bu dövr şəxsiyyətimizin formalaşmasının ilk təməllərini qoyur. - Uşağın məktəbi ilə tanış olduğu gün məktəbin açılış günü olmamalıdır. Həmin gündən əvvəl onu oxuyacağı məktəbə aparıb, sinfi ilə tanış edin. - Uşağın məktəbin elə ilk günü dərsə getməsinə çalışın. Uşağın digər həmyaşıdları ilə eyni gündə məktəbə başlaması sosiallaşa bilməsi və məktəbə öyrəşməsi baxımından çox vacibdir. - Övladınızı digər uşaqlarla müqayisə etməyin. Hər uşaq müxtəlifdir. Məktəbə öyrəşməsi də fərqli ola bilər. Bu dövrdə uşağınızın şəxsiyyətinin müstəqil şəkildə formalaşmasına icazə verin. - Öyrəşmə müddətində olduğunuzu xatırladın. Uşağınızla birgə siz və həyat yoldaşınız da məktəbə başlama müddətində olduğunuzu və bunun müvəqqəti xarakter daşıdığını xatırlayıb səbrli olun. - Uşağı məktəbə qoyub evə qayıdarkən onunla vidalaşmağı dramatik bir hadisəyə çevirməyin. - “Məktəbinə və müəllimənə güvənirəm” - Uşağınıza güvən məzmunlu cümlələri tez-tez təkrarlayın. Sizin etibar etdiyiniz insanlara uşağınız da çox asanlıqla bağlanacaq. - Sakit və qayğısız olun. Qayğı uşaq və valideyn arasında yoluxucudur. Uşaqların məktəbə öyrəşməsini çətinliyə salanlardan biri də qayğılı valideynlərdir. - Uşağınızı məktəb çıxışlarında çox gözlətməməyə çalışın. - Məktəbdə gününün necə keçdiyini soruşun. Danışmaq istəmirsə, məcbur etməyin. - Məktəbə başlaması ilə onda bir sıra dəyişikliklər görə bilərsiniz. Yuxu problemləri, altını islatmaq, qidalanma problemləri və s. Bunun üçün mütəxəssislə məsləhətləşin. Fərizə Əhmədova Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
