DataLife Engine > sosial > Heydər Əliyev Fondu uşaqlar üçün əyləncə proqramı təşkil edib

Heydər Əliyev Fondu uşaqlar üçün əyləncə proqramı təşkil edib


11-11-2016, 11:27. Разместил: heqiqet Heydər Əliyev Fondu uşaqlar üçün əyləncə proqramı təşkil edib Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan və Daun sindromlu uşaqlar üçün növbəti əyləncə proqramı təşkil edib.
Heydər Əliyev Fondundan verilən xəbərə görə, Fondun vitse-prezidenti Leyla Əliyeva övladları ilə birgə şənlikdə iştirak edib.
Bakının əyləncə mərkəzlərindən birində keçirilən şənliyə paytaxtda yerləşən müxtəlif uşaq evlərinin sakinləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə alan uşaqlar qatılıblar.
Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən şənlikdə balacalar müxtəlif maraqlı attraksionlarda əyləndilər, oyunlarda iştirak etdilər, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət apardılar.
Şənliyin sonunda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.
Вернуться назад