Heydər Əliyev Fondu uşaqlar üçün əyləncə proqramı təşkil edib11-11-2016, 11:27
Çap et Heydər Əliyev Fondundan verilən xəbərə görə, Fondun vitse-prezidenti Leyla Əliyeva övladları ilə birgə şənlikdə iştirak edib. Bakının əyləncə mərkəzlərindən birində keçirilən şənliyə paytaxtda yerləşən müxtəlif uşaq evlərinin sakinləri və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində müalicə alan uşaqlar qatılıblar. Uşaqların istirahətinin səmərəli təşkili məqsədilə keçirilən şənlikdə balacalar müxtəlif maraqlı attraksionlarda əyləndilər, oyunlarda iştirak etdilər, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət apardılar. Şənliyin sonunda uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
